Azərbaycan bu il Başqırdıstandan hind toyuğu ətinin ən böyük idxalçısı olub

ASK
  • 02 noyabr, 2024
  • 11:31
Azərbaycan bu il Başqırdıstandan hind toyuğu ətinin ən böyük idxalçısı olub

Bu il Azərbaycan Rusiyanın Başqırdıstan bölgəsindən 314 ton dondurulmuş hind toyuğu əti idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana məhsullar 23 partiyada göndərilib. Beləliklə Azərbaycan Başqırdıstandan hind toyuğu ətinin ən böyük idxalçısı olub.

Həmçinin il ərzində Başqırdıstandan Afrikaya 28 partiyada 449 ton dondurulmuş hind toyuğu əti tədarük edilib.

Qeyd edək ki, ixrac olunan ət məhsulları "VNIIZЖ" Federal Dövlət Büdcə Müəssisəsinin laboratoriyasında yoxlanılıb və idxalçı ölkənin tələblərinə uyğunluğu təsdiq edilib.

44 filmi