Azərbaycan Braziliyadan tərəvəz toxumu alışını kəskin artırıb

ASK
  • 04 sentyabr, 2023
  • 10:00
Azərbaycan Braziliyadan tərəvəz toxumu alışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 8 milyon ABŞ dolları dəyərində 21 ton tərəvəz toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 % çoxdur, kəmiyyət olaraq – 70 % azdır.

Hesabat dövründə Azərbaycan Fransadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15,4 % çoxdur) 3,4 ton (-68 %), Braziliyadan 1 milyon ABŞ dolları dəyərində (+92,4 %) 0,32 ton (+11 dəfə), Türkiyədən 910 min ABŞ dolları dəyərində (+21 %) 8,29 ton (-30 %), Tailanddan 909 min ABŞ dolları dəyərində (+76 %) 0,08 ton (-33 %), Perudan 901 min ABŞ dolları dəyərində (-6 %) 0,05 ton (+25 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (37 ölkədən) idxal edilmiş 12,34 milyon ABŞ dolları dəyərində tərəvəz toxumunun 13,8 %-i Tailandın, 11,1 %-i Türkiyənin, 11 %-i Fransanın, 10,9 %-i Braziliyanın, 10,5 %-i Perunun payına düşüb.