Azərbaycan Belçikadan tərəvəz toxumunun alışını bərpa edib
- 06 yanvar, 2025
- 09:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 13,7 milyon ABŞ dolları dəyərində 155,41 ton tərəvəz toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 % çoxdur, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Fransadan 2,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76 % çoxdur) 2,8 ton (-18 %), Tailanddan 1,7 milyon ABŞ dolları dəyərində (+49 %) 0,28 ton (+3 dəfə), Türkiyədən 1,21 milyon ABŞ dolları dəyərində (-3 %) 20,4 ton (-16 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (+10 %) 0,34 ton (+79 %), Braziliyadan 1 milyon ABŞ dolları dəyərində (-19 %) 0,26 ton (-18 %) məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq aradan sonra Belçikadan (10 min ABŞ dolları dəyərində 0,01 ton) tərəvəz toxumu tədarükünü bərpa edib.