Azərbaycan BƏƏ-yə yumurta ixracını 27 dəfə artırıb
- 27 sentyabr, 2023
- 06:40
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 2,4 milyon ABŞ dolları dəyərində 33 milyon 659 min ədəd yumurta (inkubasiya üçün mayalanmış yumurtalardan başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 dəfə, kəmiyyət olaraq – 12 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,37 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 dəfə çoxdur) 19 milyon 380 min ədəd (+27 dəfə), Qətərə 547,47 min ABŞ dolları dəyərində 7 milyon 815 min ədəd (bir il əvvəl tədarük olmayıb) və İraqa 445,73 min ABŞ dolları dəyərində (+5 dəfə) 6 milyon 462 min ədəd (+3 dəfə) yumurta satıb.
2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 11,8 milyon ədəd yumurtanın 45,9 %-i İraqın, 36,6 %-i BƏƏ-nin payına düşüb.