Azərbaycan baytarlıq sahəsində kadr hazırlığı üçün Latviya Universiteti ilə əməkdaşlığa başlayıb

Azərbaycan baytarlıq sahəsində kadr hazırlığı üçün Latviya Universiteti ilə əməkdaşlığa başlayıb Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində kadr hazırlığı üçün Latviyanın Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb.
ASK
18 Mart , 2019 16:26
Azərbaycan baytarlıq sahəsində kadr hazırlığı üçün Latviya Universiteti ilə əməkdaşlığa başlayıb

Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində kadr hazırlığı üçün Latviyanın Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib.

Məlumata görə, əməkdaşlıq rəhbərlik etdiyi qurumun həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Bunun üçün Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Latviya universiteti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, ADAU-da baytarlıq ixtisası üzrə tədris proqramı beynəlxalq standartlara uyğun olaraq yenilənəcək, tələbələr və müəllimlər üçün seminarlar, təcrübə proqramları həyata keçiriləcək.

Latviya Universiteti ilə əməkdaşlığın koordinasiyası üçün Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi