Bakı. 26 noyabr. REPORT.AZ/ “Azərbaycan bu ilin yanvar-sentyabr aylarında xaricə, daha dəqiq desək, Yaponiyaya 8 ton bal ixrac edib”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
"Ötən il bu rəqəm 6 ton təşkil etmişdi. Yaponlar ixrac göstəricisinin 100 tona çatmasını arzu edirlər”, - deyə o qeyd edib.
Bundan başqa, Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan ərəb ölkələrinə də bal ixrac etməyə hazırlaşır: "Ərəblər üçün 5,5 ton bal tədarük edilib. İxrac üçün ilkin olaraq Qətərə, eləcə də İngiltərəyə nümunələr göndərmişik".