Azərbaycan badam əkin sahələrini artırır

Azərbaycan badam əkin sahələrini artırır "Kənd təsərrüfatı sığortasının stimullaşdırılması haqqında" qanun layihəsi mayda müzakirəyə çıxarılacaq
ASK
25 Yanvar , 2017 11:48
Azərbaycan badam əkin sahələrini artırır

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclisin Aqrar siyasət Komitəsinin iclasında Komitənin 2016-cı il payız sessiyasının yekunlarına dair gördüyü işlər, 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, Komitənin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən "Kənd təsərrüfatı sığortasının stimullaşdırılması haqqında" qanun layihəsi may ayında müzakirəyə çıxarılacaq.

Komitə sədri Eldar İbrahimov bildirib ki, ölkəyə valyuta gətirən kənd təsərrüfatı məhsullalrının istehsalı inkişafı davam etdiriləcək: "2015-ci ildə kənd təsərrüfatı məhsullarının 1 mlrd. manat dəyərində ixracı həyata keçirilib. Yəqin ki, bu rəqəm 2016-ci ildə 1 mlrd. manatdan artıq olacaq. O sahələri inkişaf etdirəcəyik ki, ölkəyə valyuta gətirsin. Bura badam istehsalı da daxildir. Hazırda badam sahələri əsasən Naxçıvanda mövcuddur. Gələcəkdə bu sahələrin Bakı ətrafında da olması mümkündür".

Son xəbərlər

Orphus sistemi