Azərbaycan arıçılarının saxladığı arıların məhsuldarlığı yoxlanılıb

Azərbaycan arıçılarının saxladığı arıların məhsuldarlığı yoxlanılıb Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılmasına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihənin yekun seminarı keçirilib. 
ASK
28 Dekabr , 2017 10:15
Azərbaycan arıçılarının saxladığı arıların məhsuldarlığı yoxlanılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılmasına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihənin yekun seminarı keçirilib. 

"Report" xəbər verir ki, layihəni FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində, Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. 

Məqsəd yerli Qafqaz ana arılarının məhsuldarlığının artırılması, eləcə də hər bir arı pətəyindən daha çox bal istehsal etmək üçün arıçıların qabiliyyətinin artırılması yolu ilə onların gəlir səviyyəsinin yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Layihə çərçivəsində Azərbaycanın 28 kəndindən 56 arıçıdan nümumələr götürülüb. Türkiyədə aparılan labarotor araşdırmalarıan sonra isə 125 arı seleksiya üçün uyğun görülüb.

Son xəbərlər

Orphus sistemi