Azərbaycan aqrar sektorun rəqəmsallaşdırılması təcrübəsini Tacikistanla bölüşəcək

Azərbaycan aqrar sektorun rəqəmsallaşdırılması təcrübəsini Tacikistanla bölüşəcək ​​​​​​​Azərbaycan aqrar sektorun rəqəmsallaşdırılması və kənd təsərrüfatı sığortası sahəsində uğurlu təcrübəsini Tacikistanla bölüşməyə hazırdır.
ASK
12 İyun , 2024 15:28
Azərbaycan aqrar sektorun rəqəmsallaşdırılması təcrübəsini Tacikistanla bölüşəcək

Azərbaycan aqrar sektorun rəqəmsallaşdırılması və kənd təsərrüfatı sığortası sahəsində uğurlu təcrübəsini Tacikistanla bölüşməyə hazırdır.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazir Məcnun Məmmədov Düşənbədə 2018-2028-ci illər üzrə “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair III Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində tacikistanlı həmkarı Kurbon Hakimzoda arasında keçirilən görüşdə bildirib.

Nazir Tacikistandan olan tələbələrin Azərbaycan Dövlət Aqrar Universitetinin təhsil proqramlarından yararlana biləcəyi diqqətə çatdırılıb.

M. Məmmədovun K. Hakimzoda ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. O bildirib ki, zəngin kənd təsərrüfatı potensialı və təbii ehtiyatları olan hər iki ölkə aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İki ölkənin mütəxəssislərindən ibarət birgə işçi qrup aqrar sahədə əməkdaşlıqla bağlı sazişin səmərəli həyata keçirilməsini təmin edir.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Nazir əlverişli nəqliyyat infrastrukturundan istifadə edərək kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin şaxələndirilməsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. Görüşdə özəl sektorun investisiyası ilə birgə aqrar emal müəssisələrinin yaradılmasının əməkdaşlıq üçün perspektiv istiqamətlərdən olduğu vurğulanıb. Hər iki ölkənin sahibkarlarının sənaye zonalarında güzəştlərdən yararlanması üçün imkanların olduğu bildirilib. Görüş zamanı beynəlxalq sərgilərdə qarşılıqlı fəal iştirak və birgə aqrobiznes forumlarının təşkilinin iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyi vurğulanıb.

K. Hakimzoda öz növbəsində aqrar sahədə Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Son xəbərlər

Orphus sistemi