Azərbaycan Almaniyadan mal ətinin idxalını bərpa edib

ASK
  • 29 yanvar, 2024
  • 12:06
Azərbaycan Almaniyadan mal ətinin idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 28,2 milyon ABŞ dolları dəyərində 7 min 132 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 87 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 16,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 85 % çoxdur) 3 min 451 ton (+77 %), Hindistandan 4,42 milyon ABŞ dolları dəyərində (+14,1 %) 1 min 705 ton (+13 %), Belarusdan 3,93 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 957 ton (+2,8 dəfə), Braziliyadan 2,42 milyon ABŞ dolları dəyərində (+30 %) 852 ton (+2,4 dəfə), Rusiyadan 706 min ABŞ dolları dəyərində (+38 %) 114 ton (+4,1 dəfə) mal əti alıb.

Azərbaycan 2 il 10 aylıq fasilənin ardından Almaniyadan (14,41 min ABŞ dolları dəyərində 1,96 ton) mal ətinin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (21 ölkədən) idxal edilmiş 4 min 708 ton mal ətinin 49,7 %-i Ukraynanın, 19,6 %-i Hindistanın, 19,5 %-i Belarusun, 8,5 %-i Braziliyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti