Azərbaycan Almaniya və Meksikadan noxud tədarükünü kəskin artırıb

ASK
  • 19 oktyabr, 2022
  • 08:11
Azərbaycan Almaniya və Meksikadan noxud tədarükünü kəskin artırıb

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xaricdən 2,1 milyon ABŞ dolları dəyərində 2 min 784 ton qurudulmuş noxud gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51,3 % çoxdur, kəmiyyət olaraq – 22,2 % azdır.

Hesabat dövründə Meksikadan 684,36 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 5,3 dəfə artıb) dəyərində 449,79 ton (+5 dəfə), Rusiyadan 675,4 min ABŞ dolları (-6 %) dəyərində 1 min 857 ton (-37,7 %), Hindistandan 262,04 min ABŞ dolları dəyərində (-12,7 %) 194,51 ton (-33,3 %), Almaniyadan 259,42 min ABŞ dolları dəyərində (+9 dəfə) 104,28 ton (+7 dəfə), Türkiyədən 118,98 min ABŞ dolları dəyərində (-4,6 %) 81,42 ton (-41,7 %) məhsul alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi (18 ölkədən) 5 min 430 ton noxudun 86,3 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti