Azərbaycan alma ixracından gəlirlərini 6 % artırıb
- 29 dekabr, 2024
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 53,2 milyon ABŞ dolları dəyərində alma ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon ABŞ dolları və yaxud 6 % çoxdur.
Təkcə noyabrda isə Azərbaycan 10,6 milyon ABŞ dolları dəyərində alma ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,6 milyon ABŞ dolları və yaxud 17,8 % çoxdur.
11 ay ərzində Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri illik müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. O cümlədən, hesabat dövründə yeyinti məhsullarının ixrac dəyəri 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.