Azərbaycan Aİ ilə daha bir tvinninq layihəsinin icrasını başa çatdırıb

Azərbaycan Aİ ilə daha bir tvinninq layihəsinin icrasını başa çatdırıb Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Avropa İttifaqının (Aİ) 3 ildir ki, birgə icra etdiyi “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq
ASK
27 Aprel , 2022 11:53
Azərbaycan Aİ ilə daha bir tvinninq layihəsinin icrasını başa çatdırıb
İlhamə Qədimova

Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Avropa İttifaqının (Aİ) 3 ildir ki, birgə icra etdiyi “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq layihəsi”nin bağlanış konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən nazir müavini İlhamə Qədimova deyib ki, layihə üzrə görülmüş işlər müəyyən edilmiş prioritetlərə və hədəflərə çatmaq üçün əhəmiyyətli rol oynayır.

Onun sözlərinə görə, nazirlik üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi və ən yaxşı təcrübələrin ölkəmizdə tətbiqi hər zaman prioritetdir.

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Szalai isə ikitərəfli əlaqələrin vacibliyindən danışıb, aqrar sahədə əməkdaşlığın inkişafının önəmli olduğunu vurğulayıb.

Konfransda iştirak edən, tvinninq layihəsində partnyor ölkələr - İtaliya, Litva və Polşanın Azərbaycandakı səfirləri də xüsusilə kənd təsərrüfatı sahəsində qurulmuş əməkdaşlığın perspektivləri və gələcək planlar barədə danışıblar.

Tvinninq layihəsinin icra və koordinasiyasında məsul qurum KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyi olub. Qurumun sədri Seymur Mövlayev layihənin icrası istiqamətində Aİ ilə birlikdə görülmüş işlər, həyata keçirilən tədbirlər və gələcək birgə əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Tvinninq layihəsinin məqsədi kənd təsərrüfatına, kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyini və səmərəliliyini artırmaq, hökumətin iqtisadiyyatın şaxələndirilməsi, regional fərqlərin azaldılması və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlı siyasətinin həyata keçirilməsinə kömək etməkdir.

Son xəbərlər

Orphus sistemi