Azərbaycan ABŞ-dən mal-qara idxalını bərpa edib
- 24 iyul, 2024
- 09:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 4,43 milyon ABŞ dolları dəyərində 1 min 212 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 66 % azdır.
Hesabat dövründə Azərbaycan Almaniyadan 1,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 333 ədəd (+17 %), Estoniyadan 1 milyon ABŞ dolları dəyərində (+6 %) 295 ədəd (-0,3 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 963 min ABŞ dolları dəyərində 249 ədəd, Avstriyadan 439 min ABŞ dolları dəyərində (-27 %) 128 ədəd (-21 %), Danimarkadan 289 min ABŞ dolları dəyərində (-73 %) 68 ədəd (-78 %) mal-qara alıb.
Azərbaycan 10 il 4 aylıq fasilənin ardından ABŞ-dən mal-qara idxalını bərpa edib.