Azərbaycan 4 ölkəyə xiyar tədarükünü bərpa edib
- 29 iyul, 2023
- 09:57
Bu ilin ilk 5 ayında Azərbaycana xaricdən 1,198 milyon ABŞ dolları dəyərində 2 min 177 ton xiyar gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Azərbaycan İrandan 1,195 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 29,5 % çoxdur) 2 min 173 ton (+29,6 %) və Türkiyədən 2,02 min ABŞ dolları dəyərində (+12 dəfə) 4 ton (+26,2 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 2,1 milyon ABŞ dolları dəyərində (+9,2 %) 1 min 573 ton (+18,7 %) xiyar göndərilib.
Azərbaycan Rusiyaya 1,994 milyon ABŞ dolları dəyərində (+5 %) 1 min 441 ton (+8,8 %), Ukraynaya 70,1 min ABŞ dolları dəyərində 116,8 ton, Gürcüstana 4,85 min ABŞ dolları dəyərində 13,76 ton, Səudiyyə Ərəbistanına 3,38 min ABŞ dolları dəyərində 0,75 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,15 min ABŞ dolları dəyərində 0,11 ton məhsul satıb.
Azərbaycan 7 ilin tamamında Səudiyyə Ərəbistanına, 3 il 6 aylıq fasilənin ardından BƏƏ-yə, 1 il 11 aydan sonra isə Ukraynaya və Gürcüstana xiyar tədarükünü bərpa edib.