Azərbaycan 3 ölkəyə ərik ixracını bərpa edib
- 19 sentyabr, 2023
- 12:46
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 4,6 milyon ABŞ dolları dəyərində 4 min 437 ton təzə ərik göndərib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 96 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 3,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 3 min 548 ton (+73 %), Belarusa 339 min ABŞ dolları dəyərində (-12 %) 226 ton (+9,2 %), Ukraynaya 206 min ABŞ dolları dəyərində 356,4 ton, Gürcüstana 73 min ABŞ dolları dəyərində 164 ton, Qazaxıstana 69 min ABŞ dolları dəyərində (+21 dəfə) 92 ton (+10 dəfə) ərik satıb.
Azərbaycan 2 il 11 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərinə (37 min ABŞ dolları dəyərində 31 ton), 1 il 8 ayın tamamında Gürcüstan və Ukraynaya tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycandan (Rusiya, Belarus və Qazaxıstana) tədarük edilmiş 2 min 603 ton ərikin 90,7 %-i Rusiyanın payına düşüb.