Azərbaycan 3 ölkədən ördək ətinin tədarükünü bərpa edib

ASK
  • 07 yanvar, 2024
  • 12:47
Azərbaycan 3 ölkədən ördək ətinin tədarükünü bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 146 min ABŞ dolları dəyərində 44 ton ördək əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq 37 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 103 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 39 ton (+3,3 dəfə), Macarıstandan 16,8 min ABŞ dolları dəyərində (-82 %) 2,5 ton (-88 %), Niderlanddan 15,4 min ABŞ dolları dəyərində (+60 %) 2,5 ton (+3,7 %), Lüksemburqdan 6,9 min ABŞ dolları dəyərində (-28 %) 0,3 ton (-30 %), Kanadadan 1,9 min ABŞ dolları dəyərində 0,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 9 il 1 ayın tamamında Birləşmiş Ərəb Əmirliklərindən (0,83 min ABŞ dolları dəyərində 0,02 ton), 5 il 3 aylıq fasilənin ardından Belçikadan (0,53 min ABŞ dolları dəyərində 0,02 ton) və 2 il 2 aylıq aradan sonra Braziliyadan (0,5 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.

44 filmi