Azərbaycan 3 Avropa ölkəsindən fındıq tədarükünü bərpa edib

ASK
  • 02 fevral, 2022
  • 08:05
Azərbaycan 3 Avropa ölkəsindən fındıq tədarükünü bərpa edib
google.az

Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 608,57 min ABŞ dolları dəyərində 170,32 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) gətirlib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 70,76 %, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.

Hesabat dövründə 362,28 min ABŞ dolları dəyərində 60,31 ton qabığı təmizlənmiş meşə fındığı idxal edilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 19,9 % və 1,66 % çoxdur.

Azərbaycan Almaniyadan 142,63 min ABŞ dolları dəyərində 20 ton, İsveçrədən 126 min ABŞ dolları dəyərində 20 ton, Rusiyadan 90 min ABŞ dolları dəyərində 20 ton, İtaliyadan 2,4 min ABŞ dolları dəyərində 0,13 ton, Türkiyədən 1,25 min ABŞ dolları dəyərində 0,17 ton məhsul alıb.

2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə Türkiyədən idxal dəyər ifadəsində 53,53 %, kəmiyyət olaraq – 46,87 % azalıb. Birillik fasilənin ardından Almaniyadan, 1 il 4 aylıq aradan sonra İtaliyadan, 2 il 9 ayın tamamında İsveçrədən, 3 il 10 aydan sonra Rusiyadan fındıq ləpəsinin tədarükü bərpa edilib.

Ötən il Azərbaycan qabıqlı fındığı ancaq Gürcüstandan alıb. Bu ölkədən 246,29 min ABŞ dolları dəyərində 110,01 ton məhsul idxal edilib. 2020-ci ilin analoji dövrü ərzində ölkəmizə xaricdən bu növ fındıq tədarük olunmayıb.