Azərbaycan 2 ölkədən tərəvəz toxumunun idxalını bərpa edib

ASK
  • 01 fevral, 2024
  • 13:30
Azərbaycan 2 ölkədən tərəvəz toxumunun idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 12,6 milyon ABŞ dolları dəyərində 45,83 ton tərəvəz toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 % çoxdur, kəmiyyət olaraq – 46 % azdır.

Hesabat dövründə Azərbaycan Tailanddan 1,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,2 % azdır) 0,13 ton (-57 %), Türkiyədən 1,42 milyon ABŞ dolları dəyərində (+23 %) 30,13 ton (+56 %), Braziliyadan 1,38 milyon ABŞ dolları dəyərində (+5,5 %) 0,38 ton (+3,2 dəfə), Fransadan 1,22 milyon ABŞ dolları dəyərində (-5,2 %) 3,41 ton (-69 %), Perudan 1,18 milyon ABŞ dolları dəyərində (-9 %) 0,1 ton (dəyişməyib) məhsul alıb.

Azərbaycan 3 il 8 aylıq fasilənin ardından İndoneziyadan (1 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 5 aydan sonra Ukraynadan (37,6 min ABŞ dolları dəyərində 4,7 ton) tərəvəz toxumunun tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (37 ölkədən) idxal edilmiş 12,3 milyon ABŞ dolları dəyərində tərəvəz toxumunun 13,8 %-i Tailandın, 11,1 %-i Türkiyənin, 11 %-i Fransanın, 10,9 %-i Braziliyanın, 10,5 %-i Perunun payına düşüb.