Azərbaycan 2 ölkədən qurudulmuş lobya idxalını bərpa edib
- 01 fevral, 2024
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 3,1 milyon ABŞ dolları dəyərində 2 min 285 ton lobya (qurudulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,7 % çoxdur, kəmiyyət olaraq – 3,3 % azdır.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 % azdır) 1 min 898 ton (-12 %), Qırğızıstandan 140 min ABŞ dolları dəyərində (+10,2 %) 89 ton (+19 %), Braziliyadan 133 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 116 ton (+2,6 dəfə), Misirdən 112 min ABŞ dolları dəyərində 70,35 ton (bir il əvvəl tədarük olmayıb), Myanmadan 79,72 min ABŞ dolları dəyərində 72 ton məhsul alıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (ABŞ) (3,21 min ABŞ dolları dəyərində 1,7 ton) və 2 il 6 aylıq aradan sonra Myanmadan tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 3 min ton lobyanın 91,6 %-i Özbəkistanın, 3,2 %-i Qırğızıstanın payına düşüb.