Azərbaycan 2 ölkədən mal-qara alışını bərpa edib
- 30 avqust, 2023
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 12,7 milyon ABŞ dolları dəyərində 3 min 748 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində 2 min ədəd (bir il əvvəl tədarük olmayıb), Estoniyadan 1,13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % azdır) 325 ədəd (-57 %), Almaniyadan 1,11 milyon ABŞ dolları dəyərində (-24 %) 351 ədəd (-32,5 %), Danimarkadan 1,1 milyon ABŞ dolları dəyərində 311 ədəd, Avstriyadan 825,42 min ABŞ dolları dəyərində (-69 %) 227 ədəd (-73 %) mal-qara alıb.
Azərbaycan 8 il 4 aylıq fasilənin ardından Niderlanddan (6,8 min ABŞ dolları dəyərində 2 ədəd) və 1 il 2 aydan sonra Danimarkadan tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.