Azərbaycan 2 ölkədən konservləşdirilmiş mal əti idxalını bərpa edib

ASK
  • 03 yanvar, 2024
  • 12:43
Azərbaycan 2 ölkədən konservləşdirilmiş mal əti idxalını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,42 milyon ABŞ dolları dəyərində 482 ton mal ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 40 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 709 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 81 % azdır) 337 ton (-52 %), Ukraynadan 367 min ABŞ dolları dəyərində (+50 %) 87,47 ton (+23 %), Türkiyədən 136 min ABŞ dolları dəyərində (-28 %) 12,61 ton (-35 %), Belarusdan 114 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 20 ton (+2,5 dəfə), Gürcüstandan 79,3 min ABŞ dolları dəyərində 19,5 ton məhsul alıb.

Azərbaycan 1 il 9 aylıq aradan sonra Braziliyadan (14,3 min ABŞ dolları dəyərində 5 ton) və 2 il 2 aylıq fasilənin ardından Gürcüstandan tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti