AZCHEMCO əməkdaşlıq coğrafiyasını genişləndirir

AZCHEMCO əməkdaşlıq coğrafiyasını genişləndirir Batumidə “Argus Mineral Gübrələr 2022. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları” adlı ikigünlük beynəlxalq konfrans işə başlayıb.
ASK
15 Sentyabr , 2022 16:16
AZCHEMCO əməkdaşlıq coğrafiyasını genişləndirir

Batumidə “Argus Mineral Gübrələr 2022. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları” adlı ikigünlük beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, tədbir baş tərəfdaş - IK Group və qlobal tərəfdaş – “Quest Group” şirkətlərinin dəstəyi ilə keçirilir.

Tədbir çərçivəsində Azərbaycanda suda həll olunan gübrələrin ilk istehsalçısı olan AZCHEMCO şirkəti ilə Sinqapurun DREYMOOR FERTILIZERS OVERSEAS beynəlxalq ticarət şirkəti arasında xammalın tədarükünə dair müqavilə imzalanıb.

AZCHEMCO-nun nümayəndələri Azərbaycanda öz istehsalatları üçün xammal tədarükü layihələri ilə bağlı iri ticarət şirkətləri və istehsalat müəssisələri ilə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar.

Konfransda həmçinin SOCAR, KAZPHOSPHATE, EUROCHEM, “Intertek”, “IKRA Lojistik” və bir çox digər şirkətlər iştirak edir.

"Argus Mineral Gübrələr - 2022. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları" adlı konfrans geniş spektrdə əsas istehsalçıları, ticarət və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndərənləri, ixracatçıları, bankları və maliyyə təşkilatlarını, müvafiq dövlət orqanlarını bir araya gətirən regionun ən böyük beynəlxalq tədbiridir.

Son xəbərlər

Orphus sistemi