Azərbaycan Dövlət Aqrar Universitetində "Auditoriyadan Tarlaya" layihəsi keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində "Auditoriyadan Tarlaya" layihəsi keçiriləcək Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Gənclər Fondu ilə birlikdə Auditoriyadan Tarlaya” layihəsinin təqdimat mərasimi keçirilib.
ASK
27 Yanvar , 2020 12:34
Azərbaycan Dövlət Aqrar Universitetində Auditoriyadan Tarlaya layihəsi keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Gənclər Fondu ilə birlikdə "Auditoriyadan Tarlaya” layihəsinin təqdimat mərasimi keçirilib.

“Report” bu barədə Kənd Təsərüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən ADAU-nun Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə bildirib ki, "Auditoriyadan Tarlaya” layihəsinin keçirilməsində məqsəd region gənclərinin ictimai fəallığının artırılmasınan ibarətdir. “Layihənin ünvanlandığı gənclərin respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Eyni zamanda aqrar sahədə problemləri həllində gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaq əsas hədəflərdəndir”, - deyə o bildirib.

Qeyd edək ki, layihə çərçivəsində "Auditoriya və praktika”, "Aqrar sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?", "Fermer yerli aqronoma inanırmı?" adlı maarifləndirici təlimlər keçiriləcək, layihə iştirakçılarının ADAU-nun Tədris-təcrübə təsərrüfatına ekskursiyası təşkil olunacaq. Layihənin sonunda iştirakçıların sertifikatlarla mükafatlandırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi