Assosiasiya: Qarabağın hesabına illik bal istehsalı 10 min tona çata bilər

Assosiasiya: Qarabağın hesabına illik bal istehsalı 10 min tona çata bilər Azərbaycan Arıçılar Assosiasiyası bu il ölkədə 6 min ton bal istehsal olunacağını proqnozlaşdırır
ASK
106
11 May , 2021 17:55
Assosiasiya: Qarabağın hesabına illik bal istehsalı 10 min tona çata bilər
Bədrəddin Həsrətov

Azərbaycan Arıçılar Assosiasiyası bu il ölkədə 6 min ton bal istehsal olunacağını proqnozlaşdırır.

Bunu "Report"a açıqlamasında Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

"İlk balın süzülməsini iyunun 15-nə qədər planlaşdırırıq", - deyə o qeyd edib.

Sədr həmçinin bildirib ki, gələcəkdə Qarabağın hesabına illik bal istehsalı təxminən 4 min ton arta bilər: "İşğaldan azad olunmuş ərazilərdə arıçılığın bərpası ilə biz ölkədə 10 min ton bal istehsal olunacağını gözləyirik”.

Son xəbərlər

Orphus sistemi