Assosiasiya: Pandemiya dövründə tütün məhsulları istehlakı sabit qalıb

Assosiasiya: Pandemiya dövründə tütün məhsulları istehlakı sabit qalıb Beynəlxalq Tütün İstehsalçıları Assosiasiyasının (ITGA) onlayn formatda 35-ci ümumi yığıncağı keçirilib.
ASK
1 Dekabr , 2020 15:54
Assosiasiya: Pandemiya dövründə tütün məhsulları istehlakı sabit qalıb

Beynəlxalq Tütün İstehsalçıları Assosiasiyasının (ITGA) onlayn formatda 35-ci ümumi yığıncağı keçirilib.

"Report" bu barədə "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) istinadən xəbər verir.

Məlumata görə, tədbirə 4 qitədən və 24 ölkədən 174 iştirakçı qatılıb, “Japan Tobacco International”, “British American Tobacco”, “Universal Leaf Tobacco Co”, “Alliance One” kimi böyük şirkətlər ilə yanaşı, ASK-nın törəmə müəssisəsi - “Azərtütün ASK” MMC-nin nümayəndələri də tədbirdə iştirak edib.

Yığıncaq qlobal tütün bazarına ümumi baxış, ənənəvi sahələr arasında sosial və ekoloji effektiv təcrübələr də daxil olmaqla, son istehsal məlumatlarının və proqnozlarının açıqlanması, eləcə də tütün bazarının təhlili kimi bir çox geniş mövzuları əhatə edib. Tədbirdə çıxış edən ITGA-nın prezidenti Abiel Kalima Banda tütün sektorunun dayanıqlığı və tədarük zəncirinin qorunması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.

Çıxış edənlər qlobal pandemiya və dərinləşən iqtisadi böhran vəziyyətində müasir dünyanın ən dramatik təcrübələrdən birini yaşadığını qeyd edib. Bununla belə, onların sözlərinə görə, pandemiya dövründə tütün məhsulları istehlakı sabit qalıb. Amma hazırkı böhran və pandemiya şəraitində tütün məhsullarına tələbatın müəyyən qədər məhdudlaşdırılması halı da istisna olunmayıb.

Son xəbərlər

Orphus sistemi