Assosiasiya: Arıçılıq üçün lazım olan avadanlıqlara gömrük rüsumları azaldılmalıdır

Assosiasiya: Arıçılıq üçün lazım olan avadanlıqlara gömrük rüsumları azaldılmalıdır Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Arıçılar Assosiasiyası Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşmək istəyir.
ASK
16 Fevral , 2019 17:58
Assosiasiya: Arıçılıq üçün lazım olan avadanlıqlara gömrük rüsumları azaldılmalıdır

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Arıçılar Assosiasiyası Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşmək istəyir. 

Bu barədə "Report"a Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib. 

Onun sözlərinə görə, bu məqsədlə Komitəyə məktub göndərilib. 

"Hazırda bal istehsalı ilə məşğul olan fermerlər xaricdən idxal olunan avadanlıqlar üçün gömrük rüsumunun məbləğindən narazıdır. Komitə sədrinə müraciət etmək istəyirik. Hesab edirik ki, arıçılıq üçün lazım olan avadanlıqlar - kiçik ləvazimatlar üçün idxal gömrük rüsumları azaldılmalıdır. Bu baş versə, balın maya dəyəri aşağı düşər, ona tələbat artar, ixrac üçün rəqabət qabiliyyətliliyi yüksələr", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi