ASK Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub

ASK Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti mayın 12-15-də Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak edib.
ASK
16 May , 2018 14:21
ASK Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti mayın 12-15-də Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak edib. 

Bu barədə “Report”a ASK-dan məlumat verilib.

Tədbirin əsas mövzusu Konqresın fəaliyyətinin aktual məsələlərinin müzakirəsi, Konqresin üzvlərinin və tərəfdaşlarının iştirakı ilə praktiki proqram və layihələrin habelə , beynəlxalq iqtisadi əməkdaşlıq problemlərinin reallaşdırılması olub.

Şuranın iclasında nəqliyyat-loqistika üzrə qarşılıqlı fəaliyyət, biznes proseslərinə hüquqi yardım, Konqresin üzvlük bazasının daha da optimallaşdırılması, gələcək tədbirlərin hazırlanması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində beynəlxalq və regional strukturların biznes nümayəndələri , Avropa və Asiyanın ayrı-ayrı dövlətlərinin aparıcı təşkilatlarının əməkdaşları ilə işgüzar görüş və danışıqlar aparılıb.

Qeyd edək ki, ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin(SSBK) və digər beynəlxalq təşkilatların üzvüdür və 50-dən yuxarı digər sosial iqtisadi yönümlü Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi