ASK prezidenti yenidən Azərbaycanı Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində təmsil edəcək

ASK prezidenti yenidən Azərbaycanı Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində təmsil edəcək ASK prezidenti Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Şura sədrinin müavini seçilib
ASK
15 Sentyabr , 2017 17:56
ASK prezidenti yenidən Azərbaycanı Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində təmsil edəcək

Bakı. 15 avqust. REPORT.AZ/ Minskdə (Belarus) Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi assambleyasının XI iclası keçirilib. Tədbirdə 25 ölkədən müxtəlif hökumət və biznes nümayəndələri iştirak ediblər.

"Report"un Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən verdiyi xəbərə görə, Azərbaycanı tədbirdə Konfederasiyanın prezidenti Məmməd Musayev təmsil edib.

Artyom Çayka Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti, Vasile Petru Tarlev Şura sədri, ASK prezidenti M.Musayev isə Şura sədrinin müavini seçilib. Beynəlxalq sahibkarlığın inkişafında fəal iştirakına və verdiyi töhfələrə görə, M.Musayev yenidən bu vəzifəyə ən yaxşı namizəd kimi təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi