Qax, Zaqatala, Balakən və Şəkidə fəaliyyət göstərən arıçılar üçün təlim keçirilib

Qax, Zaqatala, Balakən və Şəkidə fəaliyyət göstərən arıçılar üçün təlim keçirilib Bakı. 25 yanvar. REPORT.AZ/ Arıçılar üçün təlim keçirilib.
ASK
25 Yanvar , 2019 15:59
Qax, Zaqatala, Balakən və Şəkidə fəaliyyət göstərən arıçılar üçün təlim keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Arıçılar üçün təlim keçirilib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə yanvar ayının 26-27 tarixlərində Bakı şəhərində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş alimlərin, mütəxəssislərin və arıçıların iştirakı ilə V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Proqrama uyğun olaraq konfrans ərəfəsində Türkiyə Uludağ universitetinin professoru, 45-ci Apimondiya Konqresinin Elmi Katibi cənab Levent Aydın Qax, Zaqatala, Balakən və Şəki rayonlarında fəaliyyət göstərən arıçılar üçün təlim keçib. Təlimin koordinasiya edilməsi məqsədi ilə Nazirliyin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin sektor müdiri Tərlan Əsgərov Şəki rayonuna ezam edilib. Təlimdə həmçinin Şəki rayon DAİM-in və Şəki rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Bölgə tam əhatə olunmaqla adıçəkilən rayonlardan 100-dən çox arıçının iştirak etdiyi tədbirdə Levend Aydın dünyada arıçılıq sahəsində mövcud problemlər, onların həlli yolları haqqında danışıb və arı xəstəliklərinin profilaktikası barədə geniş təqdimatla çıxış edib. Tədbirdə Azərbaycanda arıçılıq sahəsində olan problemlər, mövcud arı xəstəlikləri barədə müzakirələr aparılıb və arıçılara bu barədə müvafiq məsləhət və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi