Yuxarı

​Argentinada beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Azərbaycan sahibkarları da sərgidə iştiraka dəvətlidir

Bakı. 30 aprel. REPORT.AZ/ Argentinada 130-cu Beynəlxalq heyvandarlıq, kənd təsərrüfatı və sənaye sərgisi keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, sərgi iyulun 16-dan 31-dək Buenos-Ayres şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidir. Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi