Argentina Azərbaycana qarğıdalı yağı ixracını 10 dəfə artırıb
- 11 mart, 2022
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il ərzində Azərbaycan xaricdən 35,83 milyon ABŞ dolları dəyərində 20 min 527 ton qarğıdalı yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki illə müqayisədə idxal dəyər ifadəsində 49,4 %, kəmiyyət olaraq – 2,7 % artıb.
Argentinadan 19,84 milyon ABŞ dolları dəyərində 11 min 921,15 ton, Brazilyadan 7,01 milyon ABŞ dolları dəyərində 3 min 990,03 ton, Rusiyadan 3,6 milyon ABŞ dolları dəyərində 1 min 815,63 ton, Türkiyədən 3,11 milyon ABŞ dolları dəyərində 1 min 553,44 ton, Amerika Birləşmiş Ştatlarından 1,65 milyon ABŞ dolları dəyərində 983,22 ton məhsul gətirilib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Argentinadan idxal müvafiq olaraq 9,6 dəfə və 6 dəfə artıb, Rusiyadan 11,3 % artıb və 21,7 % azalıb, Türkiyədən 6,4 % artıb və 13,2 % azalıb, Amerika Birləşmiş Ştatlarından 89,2 % və 92,8 % azalıb. Doqquz illik aradan sonra Braziliyadan bu məhsulun tədarükü bərpa edilib.
Hesabat dövründə Azərbaycan 1,34 milyon ABŞ dolları dəyərində 683,26 ton qarğıdalı yağı ixrac edib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 18,2 % və 0,8 % artıb.
Azərbaycan Gürcüstana 1,3 milyon ABŞ dolları dəyərində 663,84 ton, Qazaxıstana 27,28 min ABŞ dolları dəyərində 13,38 ton, Qırğızıstana 8 min ABŞ dolları dəyərində 4,37 ton, Belarusa 3,25 min ABŞ dolları dəyərində 1,68 ton qarğıdalı yağı satıb