AQTA Azərbaycana ət məhsulları ixrac etmək istəyən daha 2 Rusiya şirkətini reyestrə daxil edə bilər

AQTA Azərbaycana ət məhsulları ixrac etmək istəyən daha 2 Rusiya şirkətini reyestrə daxil edə bilər Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Mordoviya Respublikası və Penza vilayəti üzrə idarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə birlikdə “Çerkizovski Ət Kombinatı” və
ASK
31 İyul , 2023 12:37
AQTA Azərbaycana ət məhsulları ixrac etmək istəyən daha 2 Rusiya şirkətini reyestrə daxil edə bilər

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Mordoviya Respublikası və Penza vilayəti üzrə idarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə birlikdə “Çerkizovski Ət Kombinatı” və “Vasilyevski Quşçuluq Fabriki” ASC-lərin Penza filialında baytarlıq-sanitariya tələblərinə uyğunluğu ilə bağlı yoxlama aparıb.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, ekspert qrupu diri quşların məntəqələrə qəbulundan, kəsiminə qədər quş əti istehsalının bütün mərhələlərini izləyiblər.

Bundan başqa, donuz əti kəsimi və emalı zavodunun Azərbaycan baytarlıq-sanitariya tələblərinə uyğunluğu yoxlanılıb. Nümayəndə heyəti həmçinin donuz ətindən hazır ət məhsullarının istehsalı prosesi ilə də tanış olub.

Azərbaycanlı mütəxəssislər, Penza vilayətində yoluxucu heyvan və quş xəstəlikləri ilə bağlı epizootik vəziyyətlə tanış olublar.

AQTA ölkə ərazisinə heyvandarlıq məhsullarının tədarükündə maraqlı olan yoxlanışdan keçmiş müəssisələrinin adlarının Azərbaycanın qida təhlükəsizliyinin milli reyestrinə daxil edilməsi məsələsinə baxacaq.

Son xəbərlər

Orphus sistemi