“Aqroservis” ötən il 43 milyon manatlıq texnika alıb

“Aqroservis” ötən il 43 milyon manatlıq texnika alıb Bunlar 562 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasıdır
ASK
11 Mart , 2021 12:16
“Aqroservis” ötən il 43 milyon manatlıq texnika alıb

2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 43,4 milyon manat dəyərində texnika alıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Məlumata görə, bunlar 562 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 100 taxılyığan kombayn, taxıl biçinində mürəkkəb relyefli ərazilərə istifadəyə imkan verən konfiqurasiyaya malik 25 taxılyığan kombayn, 9 traktor, 428 taxılçılıq, pambıqçılıq və digər ənənəvi kəns təsərrüfatı sahələrində istifadə edilən aslıan-qoşulan kənd təsərrüfatı texnikalardır, alınaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının istifadəsinə verilib.

2020-ci ildə 39 kombayn, 1,1 min traktor 6,1 min digər texnika olmaqla ümumilikdə 7,2 min kənd təsərrüfatı texnikasının lizinqə verilməsi və güzəştli şərtlərlə satışı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi