Mayın 3-də, saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyyətinin nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Aqroservis" 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 411 976 466 manatdır. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.