"Aqroservis"in nizamnaməsində dəyişikliklər ediləcək
- 31 may, 2023
- 04:56
İyulun 17-də, saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsində dəyişikliklər edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 351,599 milyon manatdır. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.