"Aqroservis" dövlət qeydiyyatına alınıb

"Aqroservis" dövlət qeydiyyatına alınıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb.
ASK
9 Oktyabr , 2020 12:27
Aqroservis dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Xatırladaq ki, yeni kommersiya qurumu indiyə qədər mövcud olan, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC-nin bazasında yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev avqustun 17-də fərman imzalayıb.

“Aqroservis”in hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12, nizamnamə kapitalı 411 976 466 manat, qanuni təmsilçisi isə Elmin Əlisa oğlu Rəhmanovdur.

Son xəbərlər

Orphus sistemi