“Aqroservis” açıqlama yayıb

“Aqroservis” açıqlama yayıb Bəzi kütləvi informasiya vasitələrində Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğluna və Həmidov Elnur Maqsud oğluna istinadən Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC barədə şikayət məzmunlu, lakin reallığı əks etdirməyən yazı
ASK
24 Sentyabr , 2021 16:28
“Aqroservis” açıqlama yayıb

Bəzi kütləvi informasiya vasitələrində Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğluna və Həmidov Elnur Maqsud oğluna istinadən Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC barədə şikayət məzmunlu, lakin reallığı əks etdirməyən yazı paylaşılıb.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

"Reallıq bundan ibarətdir ki, şikayətçilərdən biri - E.Həmidov saytlarda yazılanlardan ümumiyyətlə xəbərinin olmadığını, heç bir sayta şikayətlə müraciət etmədiyini bildirib. Digər şikayətçi Y.Rəhimov isə cari ilin taxıl biçini mövsümündə taxılyığan kombaynın müqavilə əsasında onun müvəqqəti istifadəsinə verilməsi ilə əlaqədar “Aqroservis”in Ucar Rayon Bölməsinə müraciət edib. Müraciət nəzərə alınaraq bu il mayın 26-da onunla qanunvericiliyin tələbinə əməl edilməklə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə, texnikanı icarəyə götürən mexanizator taxıl biçini mövsümündə ilk öncə həmin rayonun arpa, sonra buğda sahələrini biçməlidir. Daha sonra taxıl biçini ilə bağlı “Aqroservis”in verdiyi dislokasiya planına uyğun olaraq digər rayonlarda biçinə göndərilə bilər. Lakin iyunun 19-da Y.Rəhimov bağlanılan müqavilənin şərtlərini və dislokasiya qaydalarını pozaraq, heç bir məlumat vermədən biçin aparılan ərazini və Ucar rayonunu tərk edərək, Oğuz rayonuna gedib. Həmin zaman Ucarda biçinin ən qızğın düvrünə təsadüf edirdi, kombayna xüsusi ehtiyac var idi. Y.Rəhimovun Yasin Akif oğlunun Ucar rayonundakı biçin sahələrini tərk etməsi biçinin ləngiməsinə, növbəliliyin pozulmasına, fermerlərin narazılığına və çox saylı şikayətlərə səbəb olub. Bu səbəblə əraziyə göndərilən Ucar rayon bölməsinin rəhbərinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və texniki nəzarət sektorunun əməkdaşlarının yenidən Ucara getməsi ilə bağlı Y.Rəhimova etdikləri müraciətə əməl etməyib. Məsələ ilə əlaqədar, kombaynın Y.Rəhimovdan geri alınması ilə bağlı Oğuz rayon polisinə məlumat verilib.

Bütün bunları nəzərə alaraq, Y.Rəhimovun intizamsız davranışlar sərgiləməsi, müqavilə öhdəliklərinə məhəl qoymaması, fermerlərin mənafeyinə zidd hərəkətlər etməsi səbəbindən onunla əməkdaşlığın dayandırılması və bundan sonra ona texnika verilməməsi qərara alınıb", - deyə “Aqroservis” qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi