Aqroparkların aqrar-sənaye klasterlərində birləşməsinin əhəmiyyəti açıqlanıb

ASK
  • 28 iyul, 2022
  • 13:36
Aqroparkların aqrar-sənaye klasterlərində birləşməsinin əhəmiyyəti açıqlanıb

Azərbaycanda qqroparkların aqrar-sənaye klasterlərində birləşməsi ölkəyə investorların cəlb olunmasına imkan yaradacaq.

Bunu "Report"a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

Onun sözlərinə görə, aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və regionlarda məşğulluğun təmin edilməsinə şərait yaradacaq.

E.Nuriyev deyib ki, aqroparklarda ümumi olaraq 4 500-ə qədər daimi, 6 300-dən çox isə mövsümü işçi çalışır: “Hazırda aqroparklarda klasterləşmə istiqamətində işlər görülür. Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır. Əsas klasterlər bunlardır: taxıl və toxum istehsalı (1), ət və süd istehsalı (2), kartof istehsalı (3), meyvə emalı (4), bitki yağı istehsalı (5), çay və sitrus meyvələri istehsalı (6)".

O vurğulayıb ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur.

İndiyə qədər 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, 26 aqroparka isə investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.

E.Nuriyevlə müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

44 - Tezliklə