"Aqrolizinq" törədici buğa alır

"Aqrolizinq" törədici buğa alır Cəmiyyət bu məqsədlə kortirovka sorğusu elan edib
ASK
22 Sentyabr , 2017 12:18
Aqrolizinq törədici buğa alır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC Respublika Süni Mayalandırma Mərkəzində istifadə üçün yerli istehsaldan olan 2 baş törədici buğanın alınması məqsədilə kortirovka sorğusu keçirir.

"Report" xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər zəruri sənədləri Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.

Kortirovka təkliflərinin qəbulu üçün son tarix sentyabrın 29-dur. 

Son xəbərlər

Orphus sistemi