Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək

Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək Bakı. 20 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək.
ASK
20 Dekabr , 2018 16:57
Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə nazir müavini İlhamə Qədimova Prezident İlham Əliyevin ötən gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanını şərh edərkən bildirib.

O həmçinin deyib ki, “Aqrolizinq”ə məxsus aqroservislər investisiya müsabiqəsi keçirməklə özəlləşdiriləcək. Bu prosesi isə Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirəcək.

Bundan başqa, İ.Qədimovanın sözlərinə görə, Nazirlik fərmana uyğun olaraq, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini 2 ay ərzində hazırlayaraq dövlət başçısına təqdim edəcək. 

Son xəbərlər

Orphus sistemi