​"Aqrolizinq"ə kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi barədə müraciətlər elektron formada qəbul olunacaq

​"Aqrolizinq"ə kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi barədə müraciətlər elektron formada qəbul olunacaq Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib
ASK
8 Dekabr , 2014 17:15
​Aqrolizinqə kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi barədə müraciətlər elektron formada qəbul olunacaq
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda "Aqrolizinq" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu "Elektron xidmət növlərinin Siyahısı"na əlavə edilib.

"Report"un verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında"2011-ci il 24 noyabr tarixli qərarına dəyişiklik edilməsi barədə 2014-cü il 21 noyabr tarixli qərarı ilə mümkün olub.

Yeni qərar Kənd Təsərrüfatı Nazirliyinin Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifi əsasında qəbul olunub.

Son xəbərlər

Orphus sistemi