“Aqrolizinq”in rəhbər işçiləri Şəkidə fermer və sahibkarlarla görüş keçirəcəklər

“Aqrolizinq”in rəhbər işçiləri Şəkidə fermer və sahibkarlarla görüş keçirəcəklər Bakı. 19 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbər işçiləri sentyabrın 22-də Şəki şəhərində fermer və sahibkarlarla görüş keçirəcəklər.
ASK
19 Sentyabr , 2018 14:36
“Aqrolizinq”in rəhbər işçiləri Şəkidə fermer və sahibkarlarla görüş keçirəcəklər
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbər işçiləri sentyabrın 22-də Şəki şəhərində fermer və sahibkarlarla görüş keçirəcəklər.

Qurumdan "Report"a verilən məlumata görə, görüş saat 11.00-da Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində baş tutacaq. 

Görüşdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermer və sahibkarların iştirakı nəzərdə tutulur. “Aqrolizinq” rəhbərliyi ilə görüşdə iştirak etmək istəyən şəxslər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 735-35-77) müraciət edə bilərlər.

Qeyd edək ki, bundan əvvəl “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Şəmkir, Masallı, Salyan rayonlarında bölgə sakinləri ilə görüşlər təşkil olunub. Görüşlərdə əsas məqsəd “Aqrolizinq”in göstərdiyi xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Son xəbərlər

Orphus sistemi