“Aqrolizinq”in rəhbər işçiləri Masallıda cənub bölgəsinin sankinləri ilə görüşəcək

“Aqrolizinq”in rəhbər işçiləri Masallıda cənub bölgəsinin sankinləri ilə görüşəcək Bakı. 17 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbər işçiləri Masallıda cənub bölgəsinin sakinləri ilə görüşəcək.
ASK
17 Avqust , 2018 12:41
“Aqrolizinq”in rəhbər işçiləri Masallıda cənub bölgəsinin sankinləri ilə görüşəcək

Bakı. 17 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbər işçiləri Masallıda cənub bölgəsinin sakinləri ilə görüşəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində avqustun 25-də saat 11:00-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində baş tutacaq. 

Görüşdə Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər. Əsas məqsədi “Aqrolizinq”in göstəsrdiyi xidmətlər və lizinq qaydaları barədə vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Görüşdə iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (+994 50 287 12 12 və yaxud +994 50 287 42 44) müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi