Yuxarı

​"Aqrolizinq" fermerlərə 23 mln. manatlıq mal satıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında "Aqrolizinq" ASC kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə 22,5 mln. manatlıq mal satıb. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, söhbət 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqlarından gedir.

Xatırladaq ki, "Aqrolizinq" 2004-cü ildə yaradılıb, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 194 519 540 manatdır. Səhmlər 100% dövlətə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi