Nazirlik: “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilə qədər olan dövrü əhatə edir

Nazirlik: “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilə qədər olan dövrü əhatə edir “Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-də yoxlamaları təkcə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti aparmayıb. Son bir ildə iki beynəlxalq şirkət “Aqrolizinq”də audit və qiymətləndirmə həyata keçirib”.
ASK
18 Fevral , 2020 11:56
Nazirlik: “Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilə qədər olan dövrü əhatə edir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-də yoxlamaları təkcə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti aparmayıb. Son bir ildə iki beynəlxalq şirkət “Aqrolizinq”də audit və qiymətləndirmə həyata keçirib”.

Bunu “Report”a açıqlamasında nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov səhmdar cəmiyyətində nöqsanların aşkar olunmasına münasibət bildirərkən deyib.

“Nazirliyin yoxlamaları zamanı qeydə alınan pozuntular 2018-ci ilə qədər olan dövrü əhatə edir. “Aqrolizinq” ötən ilin yanvarından kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi