"Aqrolizinq" “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub

"Aqrolizinq" “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub Bakı. 1 avqust. REPORT.AZ/ Aqrolizinq ASC avqustun 1-dən etibarən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub. Bu barədə “Report”a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ASK
1 Avqust , 2018 12:13
Aqrolizinq “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Aqrolizinq ASC avqustun 1-dən etibarən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub. Bu barədə “Report”a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi “AsanPay” ödəniş terminalı və elektron kartlar vasitələri ilə Asan Ödəniş sistemi üzərindən aparıla bilər. Bunun üçün ödəyicilər “asanpay.az” saytında daxil olaraq Kredit/Lizinq bölməsində “Aqrolizinq2 ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidir. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi təklif olunur.

Bu gündən etibarən Asan Ödəniş sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində “E manat”, “Milliön” , “Hesab.az” kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi