“Dövlət Aqrar Ticarət Şirkəti” aqro ekoturizm layihəsinə qoşulan fermer təsərrüfatlarının sayını artırmaq istəyir

“Dövlət Aqrar Ticarət Şirkəti” aqro ekoturizm layihəsinə qoşulan fermer təsərrüfatlarının sayını artırmaq istəyir “Hazırda Azərbaycanda bir neçə fermer təsərrüfatı aqro ekoturizim layihəsinə qoşulub”.
ASK
18 İyul , 2019 11:49
“Dövlət Aqrar Ticarət Şirkəti” aqro ekoturizm layihəsinə qoşulan fermer təsərrüfatlarının sayını artırmaq istəyir

“Hazırda Azərbaycanda bir neçə fermer təsərrüfatı aqro ekoturizim layihəsinə qoşulub”.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.

Onun sözlərinə görə, hazırda müxtəlif bölgələrdə layihəyə cəlb olunacaq fermer təsərrüfatlarına baxış keçirilir: “Aqro ekoturizim layihəsinin standartlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Layihə çərçivəsində bir neçə növ - “Econom”, VIP və əlavə bir neçə növ paket olacaq. Gün sayına görə də paketlər olacaq. Əməkdaşlarımız bununla bağlı araşdırma aparır, məsələ hazırlıq mərhələsindədir”, - o qeyd edib.

M.Musayev əlavə edib ki, aqro ekoturizimə həm fərdi, həm də korporativ qaydada kifayət qədər böyük maraq var: “Əsas məqsədimiz fermerlərə dəstək olmaqdır. Bu, onlar üçün əlavə gəlir mənbəyi olacaq. Turist fermerin bağında qalanda və onun yetişdirdiyi məhsullardan alanda ona ödəniş edəcək. Fermerin məhsulunun satışına köməklik göstəriləcək”.

Onun sözlərinə görə, hazırda bu cür fermer təsərrüfatı Şəki, Qax, Zaqatala və Balakəndə var.

“Əməkdaşlarımız Quba, Qusar, Xaçmaz rayonlarında, Lənkəran və Masallı rayonlarına səfər edib, fermer təsərrüfatlarına baxış keçiriblər. Biz bu layihəyə qoşulmaq istəyən fermerləri əməkdaşlığa dəvət edirik. Bizim əməkdaşlar baxış keçirdikdən sonra fermerə təsərrüfatının turisti qəbul etmək üçün hansı formaya salmaqla bağlı məsləhətlər verəcək. Bunun əsasında fermer təsərrüfatını aqro ekoturizimə uyğunlaşdıracaq. Bundan sonra fermer təsərrüfatına turistlərin göndərilməsi nəzərdə tutulur".

Xatırladaq ki, nazirliyin şirkəti aqro ekoturizin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinin icrasına iyunun 4-də başlayıb. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.

Son xəbərlər

Orphus sistemi