Aqrar Xidmətlər Agentliyinin vəzifə və hüquqları artırılıb

Aqrar Xidmətlər Agentliyinin vəzifə və hüquqları artırılıb Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 21 may 2019-cu il tarixli fərmanında dəyişiklik edib.
ASK
7 Oktyabr , 2021 13:54
Aqrar Xidmətlər Agentliyinin vəzifə və hüquqları artırılıb
0 : 00
0 : 00

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 21 may 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyə fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək vəzifəsi, eləcə də beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək hüququ verilib.

Bundan başqa, qurumun sədr müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi