Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib
ASK
- 15 avqust, 2024
- 11:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib.
“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə indiyə qədər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə meneceri işləyən Elməddin Namazova həvalə olunub.
O, yeni vəzifəsində Eldar Həsənovu əvəzləyib.
E.Namazov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqrokimya üzrə bakalavar dərəcəsi, torpağın aqroekoloji qiymətləndirilməsi və təsnifatı üzrə magistr dərəcəsi alıb, Almaniyanın Gissen Universitetinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təlim proqramlarında iştirak edib, aqrar sektorda 15 ilə yaxın iş təcrübəsinə malikdir.
Son xəbərlər
16:55
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub
Hərbi
16:48
Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - yenilənib
Region
16:42
Minifutbol millisinin baş məşqçisi İlkin Hacıyev: "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik"
Futbol
16:41
"Access Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:33
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
Xarici siyasət
16:32
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib
Region
16:18
"DigiTravel" ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Maliyyə
16:18
EHF Avropa Kuboku: "Kür"ün növbəti mərhələdəki rəqibi bəlli olub
Komanda
16:18
Foto
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Xarici siyasət